Bakıda yenilənən parkinqdə qiymətlər belə olacaq - SİYAHI

 26-03-2024

Bakı metrosunun “28 May” stansiyasının yuxarı hissəsində, Bakı Dəmir Yolu Vağzalı istiqmətində yerləşən parkinqdə yeni tariflər müəyyən olunub.

“Ölkə.Az”ın məlumatına görə, burada avtomobillərin nömrətanıma sistemi tətbiq olunub.

Əgər vətəndaş 15 dəqiqə müddətində ərazini tərk edərsə, heç bir ödəniş etməyəcək. Tariflər isə 15-30 dəq. üçün 1 AZN, 30-60 dəq. üçün 2 AZN, 1-2 saat üçün 4 AZN, 2-3 saat üçün 6 AZN müəyyən edilib. Qiymət 24 saatlıq parkinq üçün 30 AZN-ə qədər yüksəlir.

Qeyd edək ki, martın 12-dən etibarən “28 May” stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub. Sürücülər Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaqdan istifadə edə bilər.

Bənzər yazılar

0.21576809883118