3 texnologiya nəhəngi ilə bağlı araşdırmalara başlanıldı

 26-03-2024

Avropa Birliyinin antiinhisar tənzimləyiciləri "Apple", "Google" və "Meta" platformalarında ilkin araşdırmalara başlayıb.

"Ölkə.Az" xəbər verir ki, araşdırmalara Rəqəmsal Bazarlar Qanunu çərçivəsində texnologiya qaydalarında yol verilən pozuntu ehtimallarına görə başlanılıb.

Avropa Komissiyasından verilən açıqlamada texnologiya nəhənglərinin qaydalara effektiv şəkildə əməl etməməkdə şübhəli bilindiyi qeyd olunur.

Tənzimləyicilər "Alphabet"in "Google Play"də yönləndirmə və "Google" axtarışda özünə istinad etmə qaydalarını, "Apple"ın "App Store" platformasında yönləndirmə və "Safari" üçün seçim ekranı qaydalarını və "Meta"nın “ödəniş və ya razılıq” modelini araşdıracaq. 

 

Bənzər yazılar

0.19110512733459