Azərbaycanlı Kamil Nəsibov insanları xilas etdi, qızı yanğından qurtardı - Rusiya mediası (VİDEO)

 25-03-2024

"Crocus"da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas edib.

Ölkə.Az xəbər verir ki, Rusiya mediasıda dərc olunan xəbər belə cümlə ilə başlayır.

Bildirilir ki, ofisiant Kamil Nəsibov zərərçəkmişləri sürüyərək təcili yardım maşınlarına, 80-ə yaxın insanı çıxışa aparıb və təsadüfən fənəri yandırılmış telefonu tapıb və zərərçəkmiş ona zəng edib. Qızı yanğından qurtarıblar.

Kamil Nəsibovun "SHOT"a verdiyi məlumata görə, faciə günü dostu ilə birlikdə “Crocus”da yarımştat ofisiant işləyirmiş. Növbə 19:55 radələrində başa çatıb. Çölə çıxıblar və yüksək səslər eşidiblər. Kamil və dostu qorxaraq ən yaxın binaya qaçıblar. Ancaq sonra qayıtmaq qərarına gəliblər. Kamil güllə yarası almış bir neçə nəfəri yolun kənarına sürüyüb.

O, binada qapıları sındıraraq insanlara hara qaçacaqlarını göstərib.

"Hər şey tüstülənəndə aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı - 80-ə yaxın adamı gördüm və onlara çıxmağa kömək etdim. İnsanları axtarıb qaçarkən yerdə fənəri yanmış smartfona rast gəldim və yolu işıqlandırmaq üçün onu götürdüm. Telefon zəng çaldı. Kamilla adı yazılmışdı, bir qız yüksək səslə qışqırdı və onu xilas etməyi xahiş etdi. O, dəhşət içində idi, hər yerin alov içində olduğunu və təxmini yerini söylədi", - Nəsibov deyib.

Həmin an Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yanında olan Kamil hər şeyi izah edib, xoşbəxtlikdən qız tapılıb.

Bənzər yazılar

0.22412085533142