Qanlı hadisənin görüntülərlə ardıcıllığı - ŞOK VİDEO

 23-03-2024

Rusiya mətbuatı terror aktının video ilə xronologiyası hazırlanıb.

Ölkə.Az həmin ardıcıllığı təqdim edir:

- Bütün biletləri alınmış "Piknik" qrupunun konserti başlamazdan əvvəl ən azı beş silahlı terrorçu içəri daxil olub. İnsanları bir-birindən uzaq məsafədən güllələyirdilər.

“Hücum edənlərin bel çantalarında yanacaq olan konteynerlər var idi. Hücumdan sonra onu töküb yandırdılar, bu da böyük yanğına səbəb oldu. Hazırda lokallaşdırılıb.

- Rəsmi məlumatlara görə, azı 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Say arta bilər.

- Hazırda terrorçuların kimliyi müəyyən edilməyib. Onların "Renault" ilə qaçma ehtimalı var.

“Yanğın lokallaşdırıldıqdan sonra zərərçəkənlərdən birinin geyimində əldəqayırma partlayıcı qurğuya oxşar əşya aşkar edilib. Hazırda partlayıcı maddələr üzrə ekspertlər tərəfindən müayinə olunur.

- “Crocus”un 5 əməkdaşı saxlanılıb, dindirilir.

Xatırladaq ki, "Baza" Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayının 62-yə çatdığını yazı.

Eyni zamanda binanın bütün otaqları hələ də yoxlanılmayıb və sayın artacağı istisna deyil.

Baş vermiş terror aktında yaralananlardan 60-nın vəziyyəti ağırdır.

Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Onun sözlərinə görə, 5-i azyaşlı olmaqla 100-dən çox insan xəstəxanaya yerləşdirilib:

“115 nəfəri xəstəxanaya yerləşdirmişik, onlardan beşi uşaqdır. Bir körpə ağır vəziyyətdədir”.

Eyni zamanda, o, 60 nəfərin vəziyyətinin ağır olduğunu əlavə edib.

Bənzər yazılar

0.20033192634583