"İşləmək istəyən çoxdur, sadəcə tələblər verilən məvacibə uyğun olmalıdır"

 16-03-2024

İqtisadçı eksper Rauf Qarayev Valyuta.az üçün yazır...

Ölkədə minimum əmək haqqına qoyulan tələblər yüksəkdir. Vakansiyalara baxanda təcrübəsi olmayan işçi üçün, tələbləri yerinə yetirmək üçün qoyulan tələblər yüksək, yaş isə maksimum 25-dir. Belə görünür ki, bu şəxs orta məktəbə gedəndən artıq bu tələblərə cavab vermək üçün müxtəlif kurslara getməlidir. 25 yaşına kimi qeyri-formal 40-50 yaşında qazanılan təcrübəni qazanmalıdır. Bəzi şəxslər qeyd edəndə iş var, işləmək istəyən yoxdur, bunun yalnış fikir olduğunu görürük. Onlar düşünürlər ki, tələbi yüksək qoymaqla, daha yüksək keyfiyyətli işçi gələcək. Amma verdiyi məvacibə baxmırlar ki, bu tələblərə cavab verən şəxs heç vaxt minimum əmək haqqına gəlib işləməz. Bazarda rəqabət mövcuddur. Adi bir insan resurslarına namizəd üçün 20 nəfər ərizə verir və müsahibələrin son mərhələsində 18 şəxs bütün proseslərdən uğurla keçir. İşə götürən isə seçim qarşısında qalır. 18 nəfərdən ona 1 nəfər lazımdır. 1 nəfəri seçmək çox çətindir. Bunu adətən 1500 manatdan daha yüksək olan məvaciblərdə müşahidə etmək olar.

Demək işləmək istəyən var və çoxdur, sadəcə tələblər verilən məvacibə uyğun olmalıdır. Bundan əlavə ölkədə bir qeyd var ki, o da qanunda öz əksini tapmayıb. Distans iş yeri. Pandemiya dövründə bir çox iş yerləri bu üsula keçmişdir. Üstünlüyü çoxdur, amma hələ də, bu məsələ Milli Məclis tərəfindən qəbul olunmayıb. Əmək Məcəlləsində  bununla bağlı dəyişiklik olarsa, seçim imkanı çox olacaq.

Bənzər yazılar

0.06132698059082