Yüksək vəzifədə çalışan həkim Azərbaycana dönərək bu rayonda işə başladı - FOTO

 13-03-2024

Masallı Rayon Mərkəzi Xəstəxanasında təyinat olub.

Ölkə.azİqtisadiyyat.az-a istinadən xəbər verir ki, həkim Kamran Musayev otorinolarinqoloq kimi fəaliyyətə başlayıb.

O, bundan əvvəl V.V.Veresayev adına Moskva Mərkəzi Kliniki Xəstəxanasında Otorinolarinqologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Amma o, Azərbaycanda həkim kimi fəaliyyət göstərmək üçün qonşu ölkədən Vətənə dönüb.

Qeyd edək ki, Kamran Musayev 1990-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakıda alıb.

2009-2015-ci illlərdə Moskva şəhərində N.İ.Piroqov adına Elmi-Tədqiqat Universitetinin Müalicə işi fakültəsində oxuyub. 2015-2017-ci illərdə A.İ.Evdokimov adına Moskva Dövlət Tibb və Stomatoloji Universitetində, otorinolarinqoloq ixtisası üzrə təhsil alıb.

O, 2017-2020-ci illərdə qulaq, burun, boğaz üzrə L.İ.Sverjevski adına Elmi-Tədqiqat Klinik Universitetində aspiranturaya daxil olaraq doktorluq dərəcəsinə yiyələnib. Eyni zamanda həmin universitetdə həkim-otorinolarinqoloq kimi fəaliyyət göstərib. 2020-2022-ci illərdə V.V.Veresayev adına Moskva Mərkəzi Kliniki Xəstəxanasında Otorinolarinqologiya şöbəsinin müdiri kimi çalışıb.

40-dan artıq elmi məqaləsi var.

Bənzər yazılar

0.057668924331665