Dünya Müsəlmanları İcması Şurasının Baş katibi: İslamofobiya faciə halına gəlib

 08-03-2024

Ölkə.az xəbər verir ki, bunu Dünya Müsəlmanları İcması Şurasının Baş katibi Mohamed Bechari Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib.

O, bu cür düşüncələrlə mübarizədə dünya təşkilarlarının aciz davrandığını əlavə edib:

"Xüsusilə qərb ölkələrində müsalmanlara qarşı ayrı-seçkilik halları özünü göstərir. Qərb dini və irqi baxımdan onlarla eynilik təşkil etməyənlərə qarşı bu cür yanlış siyasət yürütməkdədir. Biz hesab edirik ki, digər dinlərə qarşı ayrı-seçkilik halları cinayət kimi qəbul edilməli, bu mənada, beynəlxalq qanun hazırlanmalıdır".

Baş katib İslamofobiya ideyasının kütləvi dəstək aldığını qeyd edib:

"Bu da siyasi düşüncələrdə özünü biruzə verir. Baxmayaraq ki, çox zərərli bir düşüncədir".

Mohamed Bechari yekunda tədbirin Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

 
 

Bənzər yazılar

0.15663313865662