Kürdəmirdə məktəb direktoru işdən QOVULDU

 07-03-2024

Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbin direktoru Elza Abdullayeva tutduğu vəzifədən azad edilib.

Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda deyilir:

“Fevralın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin X sinfə qəbulu, dərslərin əvəzolunması, dərs bölgüsü, dərnəklərin təşkili və keçirilməsi, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Elza Abdullayeva 7 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”.

 

Bənzər yazılar

0.18309712409973