İcra başçısı onları toyuna dəvət etmədi:  toy xəbərini eşidən Şəmsəddin Hacıyev xəstəxanaya yerləşdirilib?

 29-02-2024

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toyu bu gün Bakıdakı dəbdəbəli restoranların birində baş tutacaq. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, mərasimdə məhdud sayda qonağın iştirakı nəzərdə tutulub. Bəylə gəlini təbrik etməyə gələnlərin böyük əksəriyyəti qız evinin adamları olacaq. Bəy tərəfdən çox az sayda qonağın iştirakı gözlənilir.

Seymur Orucov toya heç bir icra başçısını dəvət etməyib. Hətta rəhbərlik etdiyi rayonun vəzifəli şəxslərinin də toyda iştirakı məqbul görülməyib. Bəy tərəfdən toyda 5-6 yaxın qohumun və 3-4 dostun iştirak edəcəyi bildirilir. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb. Seymur Orucovun eks həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev nəvələrinin atasının ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib. Bu xəbərdən sonra onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib. Sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir. 

 

Bənzər yazılar

0.18961191177368