İşçilərə nahar yeməyi verən və kirayə haqqı ödəyən sahibkarlara şad xəbər

 26-02-2024

Vergi məcəlləsinə 2024-cü ildən edilən dəyişikliklərdən biri də yemək və mənzil xərcləri ilə bağlıdır. 

Valyuta.az bu barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:

“Bildiyimiz kimi, 2024-cü ilə qədər vergi ödəyicisi yemək, mənzil, əyləncə və sosial xarakterli xərcləri gəlirdən çıxa bilməzdi. Amma bu ildən etibarən vergi ödəyiciləri işçilərinə görə çəkdiyi yemək və mənzil xərclərini Nazirlər Kabinetinin müəyyən etdiyi hədd daxilində gəlirdən çıxa biləcəklər. Məsələn, hər hansı şirkət öz işçisinə nahar yeməyi verirsə, işçisinin kirayə haqqını ödəyirsə, həmin xərcləri Nazirlər Kabinetinin müəyyən etdiyi hədd daxilində gəlirdən çıxa biləcəklər”.

Bənzər yazılar

0.22925901412964