Bakıda ərzağın dəyəri bu qədər artıb

 24-02-2024

Bu ilin yanvar ayında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi  2 710,0 milyon manat olub.

"Ölkə.Az" xəbər verir ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 7,4% çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5%  artaraq 1463,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,3% artaraq 1247,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 33,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Könül
Ölkə.Az

Bənzər yazılar

0.18688082695007