CHP sədri Azərbaycana gəlməyi planlayır: “Səhv varsa, onu düzəltmək lazımdır”

 09-05-2024

Türkiyənin ana müxalifət partiyasının Azərbaycanla münasibətləri pis ola bilməz.

Bunu Habertürk TV-yə müsahibəsində Türkiyənin ən böyük müxalifət partiyası CHP lideri Özgür Özəl deyib.

"Əgər səhvimiz varsa, onu düzəltmək lazımdır", - o bildirib.

Özəl yaxın günlərdə Azərbaycana səfər edəcəyini də açıqlayıb.

“Şimali Kiprdən spnra ikinci səfərim Azərbaycana olacaq. Yaxın günlərdə Azərbaycana səfər etməyi planlaşdırırıq. Cənab Əliyev məktubumuzu deputatımız vasitəsilə aldığını və tezliklə görüşmək istədiyini bildirdi. Azərbaycanla pis münasibətdə olan ana müxalifət partiyası olmamalıdır. Orada ən böyük günah bizdədir, kiçik günah Azərbaycanındır. Səhv varsa, onu düzəltmək lazımdır. Üçüncü səfərim Bosniya və Herseqovinaya olacaq. Amma əvvəlcə Kipr və Azərbaycan. Xalq sizi bu dövləti idarə etməyə hazır olan partiya kimi görmək istəyir”.

Xatırladaq ki, CHP-nin ozamankı lideri Kılıçdaroğlu “tarixi İpək Yolunun dirçəldilməsi” adlandırdığı “Türk Yolu Layihəsi”nin təqdimatını edərkən Azərbaycanı buraya daxil etməyib. Özəl buna görə üzr istəyib. O qeyd edib ki, “CHP Azərbaycan qarşısında günahını yumaq üçün əlindən gələni edəcək”.

 

Bənzər yazılar

0.1057460308075