Meksikada zəlzələ olub

 18-02-2024

Meksikanın Herrero ştatında 5,1 maqnitudada zəlzələ qeydə alınıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ 187 min nəfər əhalisi olan Çilpansinqo şəhərinin 43 kilometr cənub-qərbində baş verib.

Zəlzələ ocağı 80 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Bənzər yazılar

0.20074200630188