Bu ölkədə eynicinslilərin nikahı qanuniləşdirildi

 16-02-2024

Yunanıstan parlamenti ölkədə eynicinslilərin nikahını və onların övladlıq götürə bilməsini qanuniləşdirib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qərar 300 nəfərlik parlamentdə 176 deputatın partiyalararası çoxluğu ilə təsdiqlənib.

Beləliklə, Yunanıstan homoseksualların evlənməsinə icazə verən ilk pravoslav xristian ölkəsidir.

Pravoslav Kilsəsi isə bu qanun layihəsinə reaksiya verib. Kilsə nikah qanun layihəsinin "valideyn rollarını qarışdıracağını" və "ənənəvi ailəni zəiflədəcəyini" müdafiə edib.

Qeyd edək ki, Avropa İttifaqının 27 üzvündən 15-i eynicinsli nikahları qanuniləşdirib.

Dünyada 35 ölkədə eynicinslilərin evlənmək hüququ var.                 

Günay

Bənzər yazılar

0.16597390174866