“Microsoft” bu ölkəyə 3,5 milyard dollar sərmayə qoyacaq

 16-02-2024

ABŞ-nin İT nəhəngi “Microsoft Corp.” növbəti iki ildə Almaniyada infrastrukturun inkişafına 3,2 milyard avro sərmayə qoymaq niyyətindədir.

"Ölkə.az" xəbər verir ki, bu barədə şirkətin prezidenti Bred Smit bildirib.

Qeyd olunur ki, bu, “Microsoft”un Almaniyada 40 illik fəaliyyəti tarixində ən böyük birdəfəlik sərmayədir. Buraya 1,2 milyon insana çatmağı hədəfləyən süni intellekt təlim proqramı daxildir.

Öz növbəsində Almaniya kansleri Olaf Şolts “Microsoft”un açıqlamasını alqışlayıb. O xəbəri şərh edərkən belə deyib: “Bu, tərəqqi, inkişaf, müasirlik və qlobal açıqlığa həqiqətən yaxşı öhdəlikdir”.

Bənzər yazılar

0.20713996887207