8 658 il həbs cəzası alan Adnan Oktar yenidən cəza aldı - VİDEO

 15-02-2024

Türkiyədə 8 658 il həbs cəzası alan təriqət lideri Adnan Oktara 43 il 6 aya qədər həbs cəzası istənilib.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, o, təşkilatçılıq fəaliyyətini həbsxanada davam etdirərək vəkilləri vasitəsilə təşkilatı yaşatmağa çalışıb.

Belə ki, təşkilatın ifşa olunmuş üzvlərinin yerinə yeni üzvlər cəlb etməyi hədəflədiyi iddiası ilə təşkilatın “indiki strukturlaşması” ilə bağlı istintaq tamamlanıb.

İddianamədə şübhəli Adnan Oktarın məhkəmə qərarları ilə silahlı cinayət təşkilatının lideri olaraq qəbul edildiyi və həbsxanada olduğu müddətdə təşkilatçılıq fəaliyyətini davam etdirdiyi bildirilib.

Oktar əsas dosyedə yer alan və həbsdə olan təşkilat üzvləri ilə məktublar və vəkillər vasitəsilə əlaqə saxlayıb.

Şübhəli fəal şəkildə tövbə etmək istəyən təşkilat üzvlərinin qarşısını almağa, xüsusilə həbs daxilində və xaricində olan üzvlərinə təsirini saxlamağa çalışıb.

Həmçinin azadlıqda olan təşkilat üzvlərinə bir yerdə qalmaları barədə göstəriş verdiyi də bildirilib.

Günay

Bənzər yazılar

0.17517995834351