Kemeron: Hitlerə qarşı səhvləri Putinə münasibətdə  təkrarlamamalıyıq

 15-02-2024

Böyük Britaniyanın xarici işlər naziri və keçmiş baş naziri Devid Kemeron amerikalı konqresmenləri Hitlerə qarşı buraxılmış səhvləri Putinlə təkrarlamamağa və Ukraynaya çox milyard dollarlıq hərbi yardım barədə qərarı təcili təsdiq etməyə çağırıb.

 Ölkə.Az xəbər verir ki, bunu Kemeron  “The Hill” nəşrinə yazdığı  məqaləsində qeyd edib.
“Mən 1930-cu illərdə Hitlerə qarşı göstərdiyimiz zəifliyi göstərməyimizi istəmirəm. 2008-ci ildə Putin Gürcüstanı işğal edərkən ona qarşı göstərdiyimiz zəifliyi və ya 2014-cü ildəki cavabımızdakı inamsızlığı göstərməyimizi istəmirəm. Nəticədə o, Krımı və Donbasın böyük hissəsini ələ keçirəndə - 2022-ci ildə yeni təcavüz aktı törətməklə bu, bizə çox baha başa gəldi”,- Kemeron məqaləsində yazıb.

 ABŞ konqresmenlərini inandırmağa çalışan Kemeron  qeyd edib ki, heç bir səbəb olmadan bir ölkənin digərinə hücum etməsinin daha parlaq nümunəsini təsəvvür etmək çətindir.

“Bir tərəfdə Qərbdən kənarda oturaraq öz imperiyasını genişləndirməyə ümid edən Putin var. O, bizim zəif olduğumuzu düşünür. O, bütün həyatımızda gördüyümüz ən sarsıdıcı təcavüz aktından qurtula biləcəyini düşünür.

O biri tərəfdə isə biz varıq. Bizim resurslarımız, iqtisadi gücümüz, biliyimiz var. İqtisadiyyatımız Rusiyadan 25 dəfə güclüdür. Yetər ki, gücümüzdən istifadə edək. Əsas məsələ də budur. Bizim iradəmiz varmı?", - o bildirib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.18067908287048