Sevgililər Günü cütlüyü ölüm ayırdı - FOTO

 15-02-2024

Türkiyənin Bursa şəhərində fevralın 14-də Sevgililər Günü restorandan qayıdan iki cütlüyün olduğu avtomobil idarəetmədən çıxaraq aşıb.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün nişanlısı 24 yaşlı Eda Ateşmen və 32 yaşlı Zeynep Murhan ölüb.

31 yaşlı Sedat Taşdemir və 36 yaşlı Mustafa Murhan isə yaralanıb.

Hadisə yerinə tibb və polis əməkdaşları cəlb edilib.

Ölən 2 nəfərin cəsədi prokurorluq tərəfindən müayinə olunduqdan sonra xəstəxana morquna aparılıb.

Ağır xəsarət alan sürücü reanimasiyaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günay

Bənzər yazılar

0.18378591537476