64 yaşlı qadın "yox" cavabına görə sevgilisini bıçaqladı

 15-02-2024

İngiltərədə bir qadın sevgilisini onu sevib-sevmədiyini soruşmaq üçün oyandırdıqdan sonra başından bıçaqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, kişi suala mənfi cavab verib.

Kerol Devaney və sevgilisi Maykl Riçardson barda birlikdə dincələrkən 8-ə yaxın spirtli içki içiblər. Evə qayıdan kişi yatıb. Lakin 64 yaşlı sevgilisi yuxusunu pozaraq onu sevib-sevmədiyini soruşub.

Oyananda Maykl yox cavab verib. Buna görə də başından bıçaqlanıb. Xəsarətin xarakterinə baxmayaraq, kişi huşunu itirib və özü həkimləri çağırıb. Bildirilir ki, qadın sevgilisinin həkim çağırmasına hər cür mane olub, telefonu əlindən alıb.

Riçardson xəstəxanaya aparılıb və ona tikişlər qoyulub. Kerol həbs edilib və günahını tamamilə etiraf edib. Onun barəsində ev dustaqlığı cəzası təyin edilib.

Bənzər yazılar

0.20542597770691