Antalyada daşqından əvvəl yaranan qorxunc görüntü insanları vahimələndirdi - VİDEO

 15-02-2024

Türkiyənin Antalya şəhərində ötən gün başlayan və bir nəfərin ölümünə səbəb olan sel daşqınından əvvəl güclü ildırım çaxıb.

Bu qorxunc görüntü təsadüfən mobil telefonla lentə alınıb.

İldırım park edilmiş iş maşınlarının arasına düşüb, lakin xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, Antalyada ötən gün gecə saatlarında güclənən leysan bir çox bölgədə daşqınlara səbəb olub. Nəticədə küçələri su basıb, maşınlar su altında qalıblar. Məktəblərdə birgünlük tətil elan edilib.

Bənzər yazılar

0.20240783691406