İmişliyə yeni polis rəisi təyin edilib

 12-02-2024

İmişliyə yeni polis rəisi təyin edilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Saatlı rayon Polis Şöbəsinin rəisi, polkovnik Azər Tağıyev tutduğu vəzifədən azad edilərək, İmişli rayon Polis Şöbəsinin rəisi təyin edilib.

İmişli rayon Polis Şöbəsinin keçmiş rəisi polkovnik Füzuli Şıxəliyev xidmətdə son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

 

Bənzər yazılar

0.17920684814453