Bakıda nasaz avtomobil tıxaca səbəb oldu

 02-02-2024

Bakıda nasaz avtomobil tıxaca səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, texniki nasaz avtomobilin yolda qalması Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında sıxlığın yaranmasına səbəb olub. 

Metronun “20 Yanvar” stansiyası istiqamətində yaranan sıxlığın qarşısını almaq üçün DİN NİİM-in əməkdaşları yol polisinə məlumat veriblər. Hazırda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür. 

 

Bənzər yazılar

0.20630097389221