Tanışını bıçaqlayan şəxslə bağlı qərar

 26-01-2024

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fuad Eminlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və Fuad Eminli məhkəmə iclas zalından həbs olunub.

İttihama görə, hadisə bu il paytaxtın Xətai rayonu, Babək prospektində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Fuad Eminlinin dostu Kərəm Əmirov (şərti) digər şəxslərlə mübahisə edib. Mübahisədən sonra onlar tanışı, zərərçəkmiş Əli Əkbərli (şərti) ilə qarşılaşıblar. Söhbət zamanı həmin şəxslərin arasında mübahisə düşüb. Bu zaman Fuad Eminli cib bıçağı ilə zərərçəkmiş şəxsin qarın və bel nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib. Hadisədən sonra Fuad Eminli saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

 Pravda.az 

 

Bənzər yazılar

0.16558313369751