Nazir Camal Nağıyevə yüksək vəzifə verdi 

 25-01-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir Sahil Babayev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Camal Nağıyev Dövlət Məşğulluq Agentliyi Aparatının İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, 1998-ci il təvəllüdlü C.Nağıyev İkinci "Yüksəliş" müsabiqəsinin qalibidir.

Nazir Camal Nağıyevə yüksək vəzifə verdi - FOTO 

 

Bənzər yazılar

0.16170001029968