Almaniyaya müalicəyə gedən sabiq səhiyyə nazirində xərçəng aşkarlanıb

 22-01-2024

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb. Onun müalicə üçün Türkiyəyə aparıldığı deyilir.

“Bakupost” xəbər verir ki, Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.

Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.

Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Oqtay Şirəliyev Prezidentin sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.

 

Bənzər yazılar

0.16414904594421