Boreldən ŞOK: HƏMAS-ı yaradan da və maliyyələşdirən də İsraildir 

 20-01-2024

İsrail Qəzza zolağına nəzarət edən HƏMAS-ı Fələstin Azadlıq Təşkilatı (FAT) və Fəth partiyasının təmsil etdiyi İordan çayının qərb sahilində Fələstin Muxtariyyətini zəiflətmək üçün maliyyələşdirib.

Ölkə.Az "Euronews"ə istinadən  xəbər verir ki, belə bir iddialı bəyanatla  Avropa İttifaqının (Aİ) baş diplomatı Cozef Borel çıxış edib.

Aİ-nin diplomatı İsrailin bu bölgədə yəhudi və ərəb dövlətinin yaradılmasına qarşı çıxmasından şikayətlənib.

“İsrar edirəm ki, İsrail bu qərarı rədd etməyə davam edərək HƏMAS-ı yarada biləcək qədər irəli gedib. Bəli, İsrail hökuməti FƏTH-in rəhbərlik etdiyi Fələstin Muxtariyyətini zəiflətmək məqsədilə HƏMAS-ı maliyyələşdirib”, - Borel bildirib.

Yanvarın 19-da Euronews telekanalı Yaxın Şərqdəki münaqişənin həlli üçün Aİ baş diplomatının hazırladığı 10 bəndlik plan haqqında məlumat yayıb. Planda Qəzza zolağının Fələstin Azadlıq Təşkilatının nəzarətinə verilməsi təklifi də var.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.18877100944519