Baş prokuror separatçıların məhkəməsindən danışdı

 20-01-2024

Baş prokuror Kamran Əliyev erməni separatçıların istintaq prosesindən danışıb.

Ölkə.az Report-a istinadla xəbər verir ki, o, separatçıların işğaldan əvvəl də Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərdiyini vurğulayıb.

K. Əliyev bildirib: "Onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar. Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Hazırda görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq bütün istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra bütün ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Bənzər yazılar

0.16096997261047