Keçmiş arvadı və onun sevgilisi ilə bir evdə yaşayan kişi qatil oldu – VİDEO

 13-05-2024

Keçmiş arvadı və onun sevgilisi ilə eyni evdə yaşayan kişi qatil oldu.

Şaiqlə Rəna (Adlar şərtidir) ailə həyatı qurduqdan iki il sonra aralarındakı məişət mübahisələri səbəbindən boşanıblar.

Onlar rəsmi olaraq ayrılsalar da, bir evdə yaşayırdılar. Nikah müddətində şəxsi pulla aldıqları əmlakı bölüşdürmək üçün məhkəməyə müraciət etsələr də, hər iki tərəf qərardan razı qalmadığı üçün məhkəmə prosesi davam etdirilib.

Bir gün Rənanın sevgilisi Kənanı Şaiqlə yaşadığı evə gətirməsi onların arasında gərginliyin yaranmasına səbəb olur. Şaiq bir tərəfdən Rəna ilə rəsmən boşandıqlarını və onun öz həyatını təkbaşına qurmaq hüququ olduğunu anlayırdı, digər tərəfdən isə Rənanın onunla birgə yaşadığı mənzilə sevgilisini gətirməsi ilə barışa bilmirdi.

Axşam Şaiq işdən evə qayıdır. Bu dəfə heç bir reaksiya vermədən sakitcə mənzilə daxil olur. Rəna ilə Kənan da ona bir söz belə demirlər.

Gecə yatmaq vaxtı gələndə Kənan Rənanın çarpayısında oturur. Şaiq qəzəbini gizlədir və nə olacağını gözləyir.

Rəna Şaiqin döşəyini yerdən salır və bununla yatmaq vaxtının gəldiyini bildirir. Beləliklə, Rəna və Kənan birlikdə yatarkən Şaiq bütün gecəni yuxusuz qalır və həyatı haqqında düşünür.

Artıq neçə gün idi ki, Kənan, Rəna və Şaiq bir evdə qalırdılar. Kənan və Rəna sevgi baharını yaşayır, Şaiq isə onlara əhəmiyyət verməməyə çalışsa da, onların hərəkətlərinə dözə bilmirdi.

Şaiq anlayır ki, belə getsə, Kənan və Rəna ondan bezib evdən qovacaqlar. O, buna son qoymaq qərarına gəlir.

Beləliklə, Şaiq Rənanı izləyir və onu tənhalıqda bıçaqla qətlə yetirir.

Bənzər yazılar

0.20648384094238