Pakistan İranla gərginliyin bitdiyini açıqlayıb

 19-01-2024

Pakistan İranla diplomatik əlaqələri bərpa etmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Pakistanın yerli mətbuatı məlumat yayıb.

Məlumata əsasən, Pakistan Xarici İşlər Nazirliyi iki ölkənin XİN rəhbərləri arasında danışıqlardan sonra gərginliyin sona çatdığını açıqlayıb.

Tezliklə iki ölkənin səfirləri paytaxtlara qayıdacaq. İran və Pakistan arasında diplomatik əlaqələr əvvəlki səviyyəyə qayıdacaq.

 

Bənzər yazılar

0.21364688873291