Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb

 10-05-2024

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başa çatıb.

Danışıqlar dörd saat davam edib.

Danışıqlar əvvəlcə Qazaxıstan XİN rəhbərinin iştirakı ilə baş tutub, daha sonra görüş təkbətək formatda davam edib.

Görüş zamanı Ceyhun Bayramov Almatıdakı danışıqlarda Berlində Ermənistan nümayəndə heyəti ilə son görüşdən sonra dəyişikliklərdən danışıb.

“Tərəflər sülh sazişi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Sərhədin müəyyən hissəsinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanması mühüm mərhələ oldu. Birgə səylərlə müvafiq ərazilər təmizlənib və coğrafi koordinatlar dəqiqləşdirilib. Bu ərazidə sərhəd dirəklərinin quraşdırılması demək olar ki, yekunlaşıb.

Biz bu prosesə böyük əhəmiyyət veririk və işi davam etdirməyə hazırıq. Almatıdakı danışıqların çox faydalı olacağına inanıram. Ümid edirəm ki, qarşıdakı iki gün ərzində hələ də mövcud olan açıq məsələlərin həllini tapmaq üçün müsbət istiqamətdə fəaliyyət göstərəcəyik”, - nazir bildirib.

Qeyd edək ki, danışıqların ikinci mərhələsi sabah baş tutacaq.

Bənzər yazılar

0.262855052948