Ağdaş və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb

 15-01-2024

Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı sakinlərdən 2 sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

 

Bənzər yazılar

0.15420007705688