Həbsxanada olan Dilan Polatın şirkətinin yeni filialı açıldı  

 08-01-2024

Çirkli pulların yuyulması ittihamı ilə həbs olunan türkiyəli bloqer və iş adamı Dilan Polatın gözəllik mərkəzinin yeni filialı açılıb.

Dilan-Engin Polat cütlüyünün şirkətlərinə müvəkkil təyin edilməsinə və əmlaklarının müsadirə olunmasına baxmayaraq, Dilan Polat gözəllik mərkəzləri fəaliyyətini davam etdirir.

İstanbulun Kağıthane rayonunda açılan yeni filialı Polat ailəsinin yaxın dostunun cütlüyün həbsindən əvvəl aldığı məlum olub.

Filialın açılış mərasimində Engin Polatın anası Şükran Polat, bacısı Kübra Polat və qardaşının nişanlısı Hazal Ərdoğan, həmçinin cütlüyün vəkili Hüseyn Kaya iştirak ediblər.

 

Bənzər yazılar

0.18002414703369