Məhkəmə çəkişməsində olduğu müğənnidən Aygün Bəylərlə bağlı paylaşım  

 07-01-2024

Xalq artisti Röyalə Nəcəfova (Röya Ayxan) mərhum Əməkdar artisti Aygün Hümmətova (Bəylər) ilə bağlı paylaşım edib.

Röya Ayxan həmkarının ailəsinə başsağlığı verib.

Müğənni Aygün Bəylərin ifasını paylaşaraq yazıb: “Bütün Aygün Bəylər sevərlərinə, ailəsinə başsağlığı diləyirəm. Allah rəhmət eləsin!”

Xatırladaq ki, illər öncə Xalq artisti Röya Ayxan ilə Əməkdar artisti Aygün Bəylər arasında qalmaqal yaşanmışdı. Aygün Bəylər efirdə Röya Ayxanı təhqir etmişdi. Röya Ayxan bu səbəbdən onu məhkəməyə vermişdi.

 

Bənzər yazılar

0.19868493080139