“Kəpəz”in stadionundakı yanğın nədən baş verib?

 26-12-2023

Ötən gecə "Kəpəz”in stadionunda yanğın baş verməsi ilə bağlı məlumatlar yayıldı. Hazırda söküntü işləri aparılan stadiona nə qədər zərər dəydiyi hələ tam müəyyənləşməyib. Bəs yanğın necə və harada başlayıb?

Bu barədə Qaynarinfo-ya açıqlama verən "Kəpəz”in mətbuat katibi Azad Mustafayevin sözlərinə görə, yanğın söküntü işlərini aparan şirkətə məxsus gözətçi kabinəsində olub.

"Bilirsiniz ki, hazırda Gəncə Şəhər Stadionunda söküntü işləri aparılır. Yanğın həmin işləri həyata keçirən şirkətin gözətçi köşkündə anidən baş verib. Qaydalara uyğun olaraq, FHN-ə zəng vurduq. FHN-in texnikası gəlib, alovu söndürüb gediblər. Hazırda yanğının nədən baş verdiyi araşdırılır.
 
Stadionun baza və akademiyasına zərər dəyməyib. Xəsarət alan da yoxdur. Stadiona ziyan dəyməyib, sadəcə, söküntü işini həyata keçirən şirkətə məxsus dəmir köşk yanıb”.

 

Bənzər yazılar

0.1779420375824