Riçard Almeydanın durumuna aydınlıq gəlib

 22-12-2023

“Qarabağ”ın futbolçusu Riçard Almeydanın durumuna aydınlıq gəlib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yarımmüdafiəçinin səhhəti ilə bağlı heç bir problem yoxdur.

Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşmanın (1:0) birinci hissəsində zədələnərək əvəzlənən 34 yaşlı orta sahə oyunçusu tibbi müayinədən keçib. Məlum olub ki, Almeydanın zədə ilə bağlı heç bir problemi yoxdur.

Azərbaycan millisinin sabiq üzvü artıq bu gün kollektivlə birgə məşqdə iştirak edəcək. Bu isə o deməkdir ki, Almeyda Premyer Liqanın XVIII turunda “Zirə” ilə qarşılaşmada məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, dekabrın 24-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qarabağ” matçı saat 18:30-da başlayacaq.

Bizim Telegram kanal

Bənzər yazılar

1.0512878894806