Bakıda yeni il çadırları qurulmayacaq - SƏBƏB

 18-12-2023

Hər il Yeni il ərəfəsində Bakıda metrostansiyaların çıxışlarında çadırlar quraşdırılırdı. Çadırlarda Yeni il məhsulları satılırdı, bu il isə həmin çadırlara gözə çarpmır.

Modern.az məsələnin səbəbini aydınlaşdırmaq üçün Bakı Şəhəri Ticarət və Xidmət Deparmentinə müraciət edib.

Departmentdən saytımızın sorğusuna cavab olaraq, Yeni il çadırlarının qurulmamasına xüsusi səbəb olmadığı bildirilib.

“Yeni illə əlaqədar bu il bayram çadırları qurulmayacaq. Hər hansı xüsusi səbəb yoxdur”, - cavabda deyilir.

 

 

Bənzər yazılar

0.19735097885132