Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə məxsus əmlaklar hərraca çıxarılıb.
Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, artıq ona məxsus bir neçə əmlak satılıb.
Digər əmlaklarla bağlı da dövri olaraq hərrac təşkil edilir. Satılan əmlaklardan əldə olunan vəsait Nərimanov rayon icra şöbəsinin depozit hesabına köçürülür. İddialara görə, depozit hesabına iki milyondan artıq məbləğ yığılıb.
Bununla belə, zərərəçəkmişlərə hələ ödəniş edilməyib.
Bildirilir ki, icra şöbəsinin depozit hesabına iki milyon manatdan artıq məbləğ yığıldığından xəbər tutan zəzərçəkmişlər ədliyyə naziri Fərid Əhmədova müraciət ediblər.