Astarada bir neçə kəndi birləşdirən körpü təhlükəli vəziyyətdədir - VİDEO

 17-12-2023

İntensiv yağıntılar nəticəsində çayda sel sularının çoxalması Astaranın Miki kəndini rayon mərkəzi ilə birləşdirən körpünü qəzalı vəziyyətə salıb.

Körpünün alt hissəsində torpaq qatının yuyulması ərazidə təhlükəli vəziyyət yaradıb.

Sakinlər son günlər düşən intensiv yağıntılardan sonra burada vəziyyətin daha da çətinləşə biləcəyindən narahatdırlar:
“Alternativ yolumuz yoxdur, tək keçid buradandır. Körpü uçsa, nə məktəbli buradan keçə biləcək, nə də yaşayışımız olacaq. Bütün yaşayışımız bu yola bağlıdır”. 

Ətraflı Baku TV-nin süjetində:

 

Bənzər yazılar

0.18493008613586