Əsir Hüseynin anası CANLI EFİRDƏ: “Halallıq istəyirdi” - VİDEO

 08-12-2023

Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər – Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

Hüseyn Axundovun anası Şəlalə Axundova ATV-nin “Xəbərin olsun” proqramının efirində canlı bağlantıya qoşulub.

Şəlalə Axundova oğlunun məktublarında onlardan halallıq istəməsini bildirib:

“Noyabrın 23-ü danışmışdıq, 27-si isə məktubunu almışdıq. Bəlkə də bu xəbər onun özü üçün də sürpriz olub. Çünki Hüseyn məktubunda hamıdan halallıq istəyirdi, biz də qorxurduq. Ömürlük həbs cəzası veriləndə fikirləşdik ki, yəqin bunu bilib, halallıq istəyib”.

Şəlalə xanımın bu açıqlamasından sonra verilişin aparıcısı göz yaşlarını saxlaya bilməyib.

Ətraflı videoda:

Bənzər yazılar

0.16433691978455