"Qarabağ" bu futbolçunu transfer etmək istəyir

 06-12-2023

2023-ün yayında Ramil Şeydayev, Musa Qurbanlı, Qara Qarayev kimi yerli futbolçularla yolları ayıran "Qarabağ" 2023/24 mövsümündə azərbaycanlı oyunçu sarıdan əziyyət çəkdi.

News24.az xəbər verir ki, cari "futbol ili"ndə Qurban Qurbanov Premyer Liqa matçlarında gənc Amin Ramazanov, Nəriman Axundzadə və ya yaşlı Maksim Medvedev, Riçard Almeyda kimi şəxslərlə heyətdəki boşluğu doldurmağa çalışırdı. 

"Köhlən atlar" qış "transfer pəncərəsi"ndə bu problemi həll etməyi düşünür. Ağdam təmsilçisi fasilədə heyətini yerli futbolçu ilə gücləndirməyi planlaşdırır. 

"Offsideplus.az"a bu barədə informasiya daxil olub. Əldə etdiyimiz məlumata görə, "Qarabağ"ın hədəfində olan əsas futbolçu Aleksey İsayevdir. "Köhlən atlar"da pleymeykerlik funksiyasını yerinə yetirən yalnız Yassin Benzya var. Leandro Andrade isə bu mövqedə o qədər yaxşı təsir bağışlamır. Qurban Qurbanov bu problemi həll etmək üçün Aleksey İsayevi transfer etmək niyyətindədir.

Qeyd edək ki, millimizin üzvünün "Sabah"la 2026-cı ilin iyununa qədər müqaviləsi var. "Bayquşlar" futbolçunun "Qarabağ"a keçidi üçün Ağdam təmsilçisindən müəyyən məbləğ tələb edəcək. 

Maraq üçün bildirək ki, Aleksey də "köhlən atlar"da çıxış etmək niyyətindədir.

Bənzər yazılar

0.19132304191589