"Şamaxı"da 3 yeni təyinat: üç mütəxəssislə yollar ayrıldı

 05-12-2023

"Şamaxı" klubunda baş məşqçi Ramiz Məmmədovun köməkçiləri məlum olub.

"Ölkə.az" bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Məqsəd Yaqubəliyev köməkçi məşqçi, Mehman Baxışov fiziki hazırlıq üzrə məşqçi, Elnar Kərimov isə qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.

Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov I Liqa təmsilçisi ilə vidalaşmaq istədiklərini bildiriblər. Mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, daha əvvəl Vüqar Əsgərli baş məşqçi postundan istefa vermişdi.

Bənzər yazılar

0.21228909492493