"Fənərbağça" "Yuventus"un ulduzunu gətirir!

 03-12-2023

"Fənərbağça" qış transfer pəncərəsində səs-küylü transferə hazırlaşır. 

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Yuventus"un hücumçusu Moyse Kini transfer etmək istəyir. Baş məşqçi İsmail Kartal rəhbərlikdən 23 yaşlı oyunçunun transferini tələb edib. "Yuventus"la 11 oyuna çıxıb, qol və assistə imza ata bilməyən Moyse karyerasını Türkiyə klubunda davam etdirə bilər. Futbolçu İtaliyada xoşbəxt deyil. 

İstanbul təmsilçisi gənc oyunçunu 6 ay müddətinə icarəyə götürməyi planlaşdırır. Klub qarşı tərəfə 2 milyon avro təklif edəcək.

Oyunçu ilə maraqlanan klublar arasında "Qalatasaray" da var idi.

Qeyd edək ki, "Yuventus" Kini 30 milyon avroya "Everton"dan heyətinə qatmışdı.

 

Bənzər yazılar

0.22565102577209