Avro-2024-ün qalibinin nə qədər qazanacağı məlum olub

 02-12-2023

2024-cü il Futbol üzrə Avropa Çempionatının qalibi olan komanda maksimum 28,25 milyon avro pul mükafatı alacaq.

"Ölkə.az" Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytına istinadla xəbər verir.

Turnirin iştirakçı komandaları arasında bölüşdürüləcək pul mükafatının ümumi məbləği 2020-ci il Avropa çempionatının məbləği ilə üst-üstə düşür və 331 milyon avro təşkil edir.

Hər bir milli komandanın turnirin final mərhələsindəki oyunu üçün 9,25 milyon avro alacağına zəmanət verilir. Qrup mərhələsində qələbə (1,0 milyon avro) və heç-heçə (500 min avro) üçün də ödənişlər ediləcək. Pley-offa üçün təxminən 1,5 milyon avro, 1/4 finala çıxmaq üçün - 2,5 milyon avro, yarımfinala çıxmaq üçün - 4 milyon avro almaq şansı var.

İkinci yeri tutan komanda 5 milyon avro, çempionatın qalibi isə 8 milyon avro əlavə ödəniş alacaq.

2024-cü il Avropa çempionatının qruplarının püşkatma mərasimi dekabrın 2-də keçiriləcək. Turnir 17-ci Avropa Futbol Çempionatıdır. Yarış dörd ildən bir Avropa Futbol Assosiasiyaları İttifaqına daxil olan milli komandalar arasında keçirilir. 27 sentyabr 2018-ci il tarixində turnirin Almaniyada keçiriləcəyi açıqlanıb.

Rusiya millisi UEFA və Beynəlxalq Futbol Federasiyasının (FİFA) 2022-ci ilin yazında tətbiq etdiyi cəzaya görə seçmə mərhələni buraxıb və Avropa çempionatında oynamayacaq.

Elvin

Ölkə.az

Bənzər yazılar

0.18097186088562