AVRO-2024-ün final mərhələsinin püşkü atılıb

 02-12-2023

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

"Ölkə.az" xəbər verir ki, Hamburqda gerçəkləşən tədbirə 21 milli komanda qatılıb.

Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında gerçəkləşəcək.

A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə

B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya

C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya

D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi

E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi

F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi

AVRO-2024-ə son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

 

Bənzər yazılar

0.20775103569031