Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

 02-12-2023

FIFA U-17 dünya çempionatının final oyununda Almaniya Fransaya qalib gəlib. Turnir İndoneziyada keçirilib.

"Ölkə.az" xəbər verir ki, matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında almanlar rəqibindən güclü olub - 4:3.

Turnirin bürünc mükafatçısı Mali komandası olub. Üçüncü yer uğrunda görüşdə malililər Argentina yığmasını məğlub edib (3:0).

Gənclər arasında keçirilən dünya çempionatında 24 komanda iştirak edib. Almaniya komandası ilk dəfə müsabiqənin qalibi olub.

Bənzər yazılar

0.27357316017151