"Qarabağ" klubu ciddi itki ilə üzləşib

 02-12-2023

"Qarabağ" klubu ciddi itki ilə üzləşib.

"Ölkə.az" Offsideplus.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Kevin Medina uzun müddətə sıradan çıxıb. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev müdafiəçinin 3 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

"Kevinin sağ budundakı tendom vətənində qopma var. Dünən MRT-dən keçdi, bu gün müayinənin cavabları çıxıb. Həkimlərin ilkin dəyərləndirməsinə görə, 3 aylıq sıradan çıxıb. Əməliyyat olunacaq. Yaşıl meydanlara nə vaxt qayıdacağı əməliyyatdan sonra bilinəcək", o qeyd edib.

Bənzər yazılar

0.2106499671936