Deputatın şirkəti ilə 2 milyonluq müqavilə - “Azəri Med” yenə MOM-un tenderinin qalibi oldu

 30-11-2023

Milli Onkologiya Mərkəzi (MOM) tibbi və digər avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 998 344,16 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. 

“Azəri Med” QSC yaradılanda nizamnamə kapitalı 10 AZN olub. Daha sonra bu məbləğ 1020 AZN-ə, 2020-ci ildə isə 10 000 AZN-ə çatdırılıb. 

Şirkətin təşkilati hüquqi forması da 2020-ci ildə dəyişib. MMC kimi fəaliyyət göstərən “Azəri Med” 2020-ci ildə QSC-yə çevrilib. 

“Azəri Med” QSC tibb sektorunda aparıcı şirkətlərdin hesab olunur. Bu da şirkətin sahibi ilə bağlıdır. 

Famil Rəhimli QSC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. “Azəri Med” QSC-nin sahibi deputat Kəmaləddin Qafarovdur. Bu barədə mediada da kifayət qədər yazılıb və iddialar təkzib olunmayıb. 

“Azəri Med” QSC-nin MOM-un tenderlərində qalib seçilməsi də Kəmaləddin Qafarov faktoru ilə bağlıdır. 

Məsələ burasındadır ki, deputat 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində çalışıb. 

Bənzər yazılar

0.17901396751404