Azərbaycanda daha iki xəstəliyə qarşı 3 milyonluq dərman alınır

 29-11-2023

Azərbaycanda daha iki xəstəliyə qarşı dərman və ləvazimatlar alınacaq.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, alınacaq dərman və digər tibbi ləvazimatlar ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunacaq.

Səhiyyə Nazirliyinin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzi tərəfindən sifariş verilən həmin dərman və tibbi ləvazimatların alışı 3.048.899,02 manata başa gələcək.

Bundan başqa,  Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi "Labservis LTD” MMC olub.

Nazirliyin Mərkəzi şirkətə laboratoriya reaktivləri və digər zəruri ləvazimatların alınmasına görə 5 milyon 128 min 186 manat 23 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 2 min 400 manat olan "Labservis LTD” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şahbazova Roza Qafar qızıdır.

Bənzər yazılar

0.18057179450989