Keyfiyyətsiz xidmət göstərən sığorta şirkətləri açıqlanıb  

 29-11-2023

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (2,97 indeksi ilə) olub.

Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının oktyabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkət -“Atəşgah Sığorta” 1.98 indeksi ilə ikinci, "Bakı Sığorta" isə 1.64 indeksi ilə siyahıda üçüncü olub.

Avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta" və lisenziyası ləğv olunmuş "Günay Sığorta" üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. “Naxçıvansığorta” üzrə indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə daxil olan şikayətlər əsasında hesablanıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:

Avto-icbari sığorta üzrə şikayət indeksi, Noyabr 2022 - Oktyabr 2023

Sığortaçılar

Şikayət indeksi

"Xalq Sığorta" ASC

2,97

“Atəşgah Sığorta” ASC

1,98

"Bakı Sığorta" ASC

1,64

"AtaSığorta" ASC

1,19

“Azərsığorta” ASC

0,98

"Azərbaycan Sənaye Sığorta" ASC

0,84

“Paşa Sığorta” ASC

0,51

"Qala Sığorta" ASC

0,41

"Meqa Sığorta" ASC

0,39

"Naxçıvansığorta" ASC*

0,00

Bənzər yazılar

0.19789218902588