"Şərq qapısı” qəzetinə rəhbərlik baş redaktorun müavini vəzifəsi Məmməd Babayevə tapşırıldı

 28-11-2023

"Şərq qapısı” qəzetinə rəhbərlik baş redaktorun müavini Məmməd Babayeva həvalə olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov tapşırıq verib.

Qeyd edək ki, M.Babayev bu ilin avqust ayında qəzetin baş redaktorunun müavini təyin olunub. O, Naxçıvan Dövlət Universitetinin "Jurnalistika ixtisasını bitirib. "Naxçıvan səsi" radiosunda müxbir, Naxçıvan televiziyasında baş redaktor, Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində məsləhətçi, Naxçıvan Gənclər Fondunun icraçı direktoru vəzifələrində çalışıb.

M.Babayev qəzetdəki ilk təyinatından əvvəl Naxçıvan Dövlət İmtahan Mərkəzinin mətbuat katibi vəzifəsində çalışıb. O, həm də Naxçıvan Dövlət Universitetində pedoqoji fəaliyyətini davam etdirir.

Xatırladaq ki, ötən gün "Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova vəzifəsindən azad olunub.

 

Bənzər yazılar

0.18374300003052